"Mən istefa vermək əvəzinə, cəsarət toplayıb özümü güllələyərdim"

15 Noyabr 2020 13:10 Problem 633
"Mən istefa vermək əvəzinə, cəsarət toplayıb özümü güllələyərdim"

Erməni əsilli rusiyalı sahibkar Aşot Xaçatryan Ermənistan Baş naziri Nikol Paşinyanı istefa verməyə və özünü güllələməyə çağırıb.

Sportinfo.az xəbər verir ki, erməni milyonçunun müvafiq məktubu “NEWS.am” nəşri tərəfindən dərc olunub.

“Noyabrın 9-da baş verənlər, sizin işlərin həqiqi vəziyyətini və öz mövqeyinizi gizlətməyiniz, xalqa məlumat verməməyiniz istisnasız olaraq bütün Ermənistan vətəndaşlarına xəyanətdir. Siz erməni xalqına biabırçılıq gətirdiniz, hansını ki, tarix və insanlar heç vaxt unutmayaq”, - məktubda deyilir.

Xaçatryan əlavə edib ki, Paşinyan Ali Baş Komandan kimi Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün heç bir iş görməyib, yalnız layiqli hərbi komandirləri qətlə yetirib, Ermənistan ordusunun komanda heyətini başsız qoyub.

“Belə qurbanlar verdiyiniz zaman istefa vermək əvəzinə, mən cəsarət toplayıb özümü güllələyərdim, bununla da heç nəyə görə itki verən ata və analardan, arvad və bacılardan üzr istəyərdim. Postunuzu xalqın seçəcəyi yeni liderin etibarlı əllərinə verib tərk edin”, - məktubda deyilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti