Xəstəlik tapan tanınmış məşqçi təcili Bakıya gətirildi

15 Noyabr 2020 09:40 Problem 951
Xəstəlik tapan tanınmış məşqçi təcili Bakıya gətirildi

İskəndər Cavadov adına Bakı Futbol Akademiyasının baş koordinatoru Qəhrəman Əliyevdən yeni xəbər var.

Sportinfo.az-ın məlumatına görə, tanınmış mütəxəssis dünən gecə saatlarında Təcili Tibbi Yardım maşını ilə Masallıdan Bakıya gətirilib.

Bir çox iddialı klubları çalışdırmış məşqçi paytaxtakı xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Dörd gündür süni nəfəsalma aparatına qoşulan Qəhrəman Əliyevin sağlıq durumu ağır-sabit olaraq qalmaqdadır. Koronavirusa yoluxmuş mütəxəssisin qaraciyərində 20% «buzlaşma» aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM