Neymar Braziliya millisindən kənarlaşdırıldı

13 Noyabr 2020 19:40 Problem 844
Neymar Braziliya millisindən kənarlaşdırıldı

PSJ-nin hücumçusu Neymar Braziliya millisinə kömək edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun "Başakşəhər" ilə matçında (2:0) bud əzələsindən zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.

Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb.

Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM