“Ermənistanın başına bəla gətirdi” - -Petrosyan Paşinyanı ittiham etdi

12 Noyabr 2020 08:50 Problem 568
“Ermənistanın başına bəla gətirdi” - -Petrosyan Paşinyanı ittiham etdi

"Hakim “Mənim addımım” blokunun parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hakimiyyət bütün erməni xalqına qarşı bağışlanmaz cinayətə gedərək Ermənistanın başına hansı bəla gətirdiyini hələ dərk etməyib".

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.

“Eyni zamanda, bəyanat hökumətin daxili siyasi böhranın aradan qaldırılması üçün Konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və faktiki olaraq, qarşıdurmanın kəskinləşməsi kursunu götürdüyünü göstərir.

Bu, onların guya sadiq olduqları demokratiya və parlamentarizmin kobud ayaqlar altına düşməsindən başqa bir şey deyil”, - bəyanatda qeyd olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti