Daha bir ölkənin baş məşqçisi koronavirusa yoluxdu

12 Noyabr 2020 10:00 Problem 466
Daha bir ölkənin baş məşqçisi koronavirusa yoluxdu

İsveç yığmasının baş məşqçisi Yanne Anderssonda koronavirusa aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssis ötən həftənin sonundan karantindədir. Buna görə də o, Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununda da komandasına rəhbərlik edə bilməyib.

Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır. Yanne Anderssondan öncə Macarıstan yığmasının baş məşqçisi Marko Rossidə də koronavirus aşkarlandığı açıqlanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti