Ermənistan yığması AÇ-nın seçmə oyunlarına gedə bilmədi

11 Noyabr 2020 18:40 Problem 836
Ermənistan yığması AÇ-nın seçmə oyunlarına gedə bilmədi

21 yaşadək futbolçulardan ibarət Ermənistan yığması Avropa çempionatının seçmə mərhələsində İsveç və İslandiya ilə keçirəcəyi oyunlar üçün Kiprə yollana bilməyib.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın bir neçə oyunçusunun koronavirusa yoluxması səbəb olub.

Qurum uyğun yaşda olan yeni futbolçuların qısa müddətdə ölkəni tərk etməklə bağlı icazənin alınmasında çətinliyi nəzərə alaraq bu addımı atıb.

Yığmanın görüşləri Larnaka şəhərindəki Antonis Papadopoulos stadionunda olmalı idi. UEFA məsələ ilə əlaqədar Ermənistana rəqib olan ölkələrin federasiyalarını məlumatlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM