“Qarabağın monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər” - Rəsmi Moskva

10 Noyabr 2020 17:10 Problem 569
“Qarabağın monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər” - Rəsmi Moskva

“Qarabağın monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu, ayrı-ayrı razılaşmaların mövzusudur”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Həqiqətən də müzakirə Azərbaycan ərazilərində atəşkəs monitorinq mərkəzinin yaradılması ilə bağlı idi. Bu, Azərbaycanda yerləşəcək və bu ortaq monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları onsuz da ayrı bir razılaşmanın mövzusudur”,- deyə Peskov jurnalistlərə açıqlamasında rus və türk sülhməramlılarının Qarabağda birlikdə mövcudluğu ehtimalını şərh edərkən bildirib.

Bununla yanaşı Peskov qeyd edib ki, monitorinq mərkəzi Qarabağda yerləşməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti