Ermənilər Ağdamda 26 yaşlı oğlanı yaraladı

9 Noyabr 2020 03:20 Problem 649
Ermənilər Ağdamda 26 yaşlı oğlanı yaraladı

Sportinfo.az xəbər verir ki, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM