“5-ci turda hakimlərin bəziləri etdiyi səhvlərə görə növbəti həftə təyinat almayacaq”.
Sportinfo.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək deyib.
O bildirib ki, Premyer Liqanının son turunda səhvlərlə yadda qalan referilər bunun qarşılığını alıblar:
“Təkcə əsas çempionatda deyil, II Liqada da səhv edən hakimlərə təyinat verməyəcəyik.
Çünki əgər biz ona təyinat versək, dərs çıxarmayacaq, düşünəcək ki, səhvin önəmi yoxdur. Amma hər kəs səhvi barədə düşünməlidir”.

