"Ermənistan Azərbaycanın tələblərini yerinə yetirə bilməyəcək"

4 Yanvar 2024 07:10 Problem 1 614
"Ermənistan Azərbaycanın tələblərini yerinə yetirə bilməyəcək"

“Bu gün müzakirə olunan formada belə Azərbaycana Ermənistanla sülh müqaviləsi lazım deyil”.

Yerli revanşist politoloqlardan Sergey Melkonyan bu fikri irəli sürüb:

“Hər dəfə Azərbaycan və Türkiyə münasibətlərin normallaşması üçün getdikcə daha sərt şərtlər irəli sürür, onların Ermənistandan həyata keçirilməsini tələb edir. Bundan əvvəl İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə sənədin imzalanacağı deyilirdi. Hətta Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığı barədə bəyanatdan sonra da imza atılmadı. Bundan sonra Azərbaycan anklavlar məsələsinin həllini tələb etdi, Nikol Paşinyan Qranadaya getdi və bununla da bağlı sənəd imzaladı. Yenə də, imza yoxdur. İndi yeni şərt qoyurlar -azərbaycanlı qaçqınların qaytarılması”,-deyə Melkiinyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan heç bir müqavilə imzalamadan maksimum nəticə əldə etməyə çalışır. Ermənistanın müəyyən tələbləri yerinə yetirməkdən imtina etdiyi bir vaxtda Azərbaycan güc tətbiq etmək niyyətindədir.

“Bu nöqteyi-nəzərdən yeni müharibə qaçılmaz olur, çünki mütləq elə bir zaman gələcək ki, Ermənistan sadəcə olaraq Azərbaycanın tələblərini yerinə yetirə bilməyəcək”,-deyə erməni politoloq iddia edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı