COP29

"Arxayın idim və heç bir ciddi problem yoxdur"

15 Sentyabr 02:40 Problem 1 048
"Arxayın idim və heç bir ciddi problem yoxdur"

"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qəza törətməsinin səbəbini açıqlayıb.

Sportinfo.az "Motorsport Week" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü sağa dönməzdən əvvəl əyləcə çox bərk basdığını söyləyib.

"Beləliklə, özümü yolun palçıqlı hissəsində tapdım. Sonra təkərləri bağlasam da, çox gec idi. Bu səbəbdən səddə çırpıldım.

Həftəsonu üçün yaxşı başlanğıc deyildi. Amma bolidə arxayın idim və heç bir ciddi problem yoxdur", - deyə Ş.Lekler vurğulayıb.

O, ikinci sərbəst yürüşdəki problemlərin qəzanın nəticələri ilə bağlı olmadığını vurğulayıb:

"Sadəcə, avtomobilə quraşdırdığımız yeni hissədə problem yarandı. Bu, sükanda mənə çətinlik yaratdı".

"Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik