Yeni müharibə ola bilər

20 Oktyabr 2023 04:00 Problem 1 074
Yeni müharibə ola bilər

"Rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib".

Bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar.

Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib: “Bəli, təbii ki, baş nazir də bunu dedi”.

Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq barədə düşünmür.

Bu barədə Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının sədri Sarqis Xandanyan brifinqdə bildirib. Xandanyanın sözlərinə görə, sözügedən məsələ hələ müzakirə olunmayıb.

“Belə görünür ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində hakimiyyət hətta “artsax”la bağlı ümumi ilkin şərt-prinsipdən, yəni beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə təminat verməkdən imtina edib”. Özünü buraxmış xunta rejiminin geydirmə ombudsmanı Artak Beqlaryan belə hesab edir.

Onun sözlərinə görə, hazırkı vəziyyət, yəni ermənilərin Qarabağdan köçü Ermənistan hakimiyyətini və beynəlxalq oyunçuları öz uğursuz yanaşmalarına yenidən baxmağa, “artsax xalqı”nın hüquq və təhlükəsizliyinə zəmanət vermək üçün barı qaldırmağa məcbur edir: “Burada əsas məqsədlər xalqın öz vətənlərinə qayıtması, yüksək beynəlxalq təminatlar olmalıdır.

Məndə belə bir təəssürat var ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı olan bütün qüvvələr “Artsax xalqının soyqırımı faktı”ndan razıdırlar, sadəlövhcəsinə inanırlar ki, bu münaqişənin düyününün aradan qaldırılıb və fürsət pəncərəsi açılıb. Halbuki reallıq budur ki, regionda sülh “Artsax xalqının qanı və faciəsi” hesabına əldə edilə bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti