Azərbaycanda “day-day”ı olan klublar hansılardır? - VİDEO

14 Aprel 17:40 Problem 1 575
Azərbaycanda “day-day”ı olan klublar hansılardır? - VİDEO

Şövkət Orduxanov adına Qusar şəhər stadionunda tikinti posesinin yarımçıq qalması və həmin ərazidə antisanitariya şəraitinin hökm sürməsi ”Sportinfo TV”də yayımlanan “Futbol manşet” müzakirə edilib.

Tanınan jurnalistlər Elçin Cəfərov və Tural Məmmədlinin iştirak etdiyi verilişdə stadiondan son görüntülər təqdim olunub, bu işdə məsul olan şəxslərin məsuliyyətsizliyi ciddi tənqid edilib.

“Biz bilirik ki, qusarlılar futbolu necə sevirlər. Onlar üçün bu idman növü çox vacibdir.

Bu cür stadiona laqeyd münasibət qəbuledilməzdir. Aydın məsələdir ki, bölgələri təmsil edən bir sıra komandalar AFFA-nın himayəsindədir.

Rövnəq Abdullayev AFFA prezidenti olarkən Qusar stadionunun tikintisinə köməklik göstərib. Nə vaxt ki stadionlar, maddi-texniki baza normal olur, o zaman da futbol inkişaf edir.

Bu biabırçılığa son qoyulmalıdır. Çox təəssüf ki, Azərbaycan futbolunda istisnalar olmaqla, bir çox sponsorlar futbola aidiyyatı olmayan adamlardır.

Futbolun içindədəki insanlar futbolu idarə etməlidir. Belə olan halda, şəhər də, stadion da futbolsuz qalır” - deyə, “Futbol manşet”də bildirilib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu