“Neftçi”ylə “Zirə” üçün əlavə problem

21 Aprel 22:05 Problem 932
“Neftçi”ylə “Zirə” üçün əlavə problem

Aprelin 24-də keçiriləcək ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşlərindən sonra finalçıların adlarına aydınlıq gələcək.

“Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edəcək, “Zirə” çətin Qəbələ səfərinə yollanacaq.

Ağdamlılar bütün hallarda işini artıqlaması ilə görüb. Çempionluğu təmin edib, kubokun ilk oyununda “Neftçi”nin qapısından 4 cavabsız top keçirib. Qəbələlilər səfərdə 1:2 hesabı ilə məğlub olduğu rəqibdən qisasını alıb finalda oynamaq istəyir.

Yarımfinal mərhələsinin indiki dövrə - avrokuboklara vəsiqənin həll olunduğu vaxta təsadüf etməsi “Neftçi”ylə “Zirə”nin ziyanına işləyəcək. Bu iki komanda aprelin 20-də 31-ci tur çərçivəsində Zirədə öz aralarında oynayacaqlar. Bundan 4 gün sonra isə kubok qarşılaşmaları var. Ardınca 32-ci turun oyunları keçiriləcək. “Neftçi” aprelin 28-də “Turan Tovuz”u qəbul edəcək, Rəşad Sadıqovun komandası bir gün sonra “Araz-Naxçıvan”la üz-üzə gələcək.

8-9 gün ərzində biri-birindən ağır oyunlara çıxacaq “Neftçi”ylə “Zirə”ni fiziki və psixoloji baxımdan hansı çətinliyin gözlədiyini indidən təsəvvür etmək çətin deyil. “Ağ-qaralar” “Qarabağ”a növbəti dəfə uduzsa, son vaxtlar ideal forma yığan “Turan Tovuz”la oyuna hazırlıq prosesi asan keçməyəcək.

“Zirə”lilər lap Qəbələdən sərfəli ilə nəticə ilə dönsə belə, bölgəyə gediş-gəliş, üstəlik, orada itirəcəkləri güc Naxçıvan təmsilçisi ilə qarşılaşmada özünü göstərəcək.

Yaranmış vəziyyət daha çox avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt”, “Sabah”, “Turan Tovuz” və “Səbail”in xeyrinə işləyəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti