Başqa birinin "vatsap" mesajlarını oxumaq mümkündür? - VİDEO

1 Fevral 2024 13:30 Problem 578
Başqa birinin "vatsap" mesajlarını oxumaq mümkündür? - VİDEO

“Vatsap izləmə xidməti, istədiyiniz nömrəni təqdim edin, votsap yazışmalarını oxuyun” kimi reklamlarla son zamanlarda tez-tez rast gəlinir.

Bəs həqiqətən də başqa birinin vatsap mesajlarını oxumaq mümkündürmü?

Mövzu ilə bağlı texnobloger Fərid Pərdəşünas “Xezerxeber”ə danışıb.

Onun sözlərinə görə, normal vatsap işlədən insanların yazışmalarını izləmək qeyri-mümkündür. Lakin bəzi hallarda vatsap yazışmaları izlənilə bilər.

Bu da kənar mənbələrdən “vatsap+”, yaxud da vatsapın alternativ versiyaları yükləndikdə mümkündür. Çünki belə olduğu halda smartfondakı bütün məlumatlar üçün təhlükə yaranır.

Daha ətraflı videomaterialda:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı