“Braqa”nın daha bir futbolçusu “Qarabağ”la oyunlara çıxmayacaq

31 Yanvar 2024 12:40 Problem 548
“Braqa”nın daha bir futbolçusu “Qarabağ”la oyunlara çıxmayacaq

“Braqa”nın daha bir futbolçusu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunları buraxacaq.

Sportinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi Adrian Marin ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Yanvarın 14-də “Portu” ilə çempionat oyununda (0:2) sıradan çıxan ispaniyalı əməliyyat olunub. Həkimlər 27 yaşlı futbolçunun yalnız 4 həftədən sonra kollektivlə birgə olacağını açıqlayıb.

Bu isə o deməkdir ki, Marin “Qarabağ”a qarşı fevralın 15-də və 22-də keçiriləcək qarşılaşmalarda məşqçilər korpusunun sərəncamında olmayacaq.

“Braqa”nın yarımmüdafiəçisi Bruma da zədə səbəbindən Azərbaycan çempionu ilə görüşləri buraxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı