“Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir”.
Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanan üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Ermənistan üçün Syunik vilayətindən (Zəngəzur - red.) keçməklə marşrutun açılması kimi belə bir praktik, sərfəli şeyin hələ də kağız üzərində qalması çox kədərlidir”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, bunun səbəbi İrəvanın mövqeyi ilə bağlıdır və kimsə bu barədə ona məsləhətlər verir:
“Biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin, eləcə də kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanmasının nəticələr verdiyini başa düşən kimi dəvətsiz olaraq bu prosesə daxil olmağa başladılar”.

