Mahir Emreli Xorvatiyada həkim nəzarətinə götürüldü

18 Yanvar 2024 02:20 Problem 588
Mahir Emreli Xorvatiyada həkim nəzarətinə götürüldü

Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən futbolçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Xorvatiyanın jutarnji.hr saytı məlumat yayıb.

Qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə zədələnən forvardın müalicəsi davam edir. O, hazırda həkim nəzarətindədir.

Mahirlə yanaşı, digər zədəlilər Lukas Kaçavenda, Luka Stoykoviç və Boşko Şutalonun da müalicəsi davam edir.

Mahir Emreli diz bağlarından xəsarət alıb. Onun təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı