"Qarabağ"ın rəqibinin iğtişaş törədən azarkeşləri sərbəst buraxıldı

12 Yanvar 2024 08:40 Problem 673
"Qarabağ"ın rəqibinin iğtişaş törədən azarkeşləri sərbəst buraxıldı

Yanvarın 6-da polis tərəfindən saxlanılan "Braqa" azarkeşləri sərbəst buraxılıblar.

Sportinfo.az xəbər verir ki, 13 fanat "Vitoriya" ilə heç-heçə (1:1) etdikləri Portuqaliya çempionatının XVI turunun matçından əvvəl rəqib tərəfdarlara hücumda şübhəli bilinmişdi.

Hadisə qarşılaşmanın startından 45 dəqiqə əvvəl baş verib. Hər iki komandanın azarkeşləri bir-birilərini təhqir ediblər. "Braqa" fanatları pirotexniki vasitələr, daşlar və butulkalar atıblar.

"Braqa" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. Matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı