Rövnəq Abdullayevə nə olub, niyə Gəncəyə getməkdən çəkindi?

11 Yanvar 2024 16:00 Problem 1 191
Rövnəq Abdullayevə nə olub, niyə Gəncəyə getməkdən çəkindi?

Xəbər verdiyimiz kimi, bu gün Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Mətbuata bildirilib ki, toplantı AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə düşüb.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli deyib ki, tədbirin nə vaxt keçiriləcəyi barədə sonra məlumat veriləcək:

"Rövnəq Abdullayevin səhhətində problem yarandığı üçün tədbir baş tutmayacaq. Çünki özü şəxsən iştirak etmək istəyirdi. Daha sonra bildirdi ki, Gəncəyə gedə bilməyəcək".

Bizə gəlib çatan son məlumata görə, R.Abdullayevin soyuqdəməsi var. Bir neçə gün qızdırma içində hərəkət edən, daha sonra qripə yoluxan AFFA rəhbəri hazırda həkim nəzarəti altındadır.

Ancaq federasiya başçısı xəstəxanaya yerləşdirilməyib, o, ev şəraitində sağlığının qayğısına qalır.

R.Abdullayev dünən günün ikinci yarısında AFFA mənsublarına bildirib ki, özünü halsız hiss edir və bu vəziyyətdə Gəncəyə səfərə çıxıb, orada görüşəcəyi şəxsləri qripə yoluxdurmaq istəmir. Bu səbəbdən qurumun təmsilçiləri yarıyoldan geri qayıdıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı