Azərbaycan millisinin futbolçularına pasport verilmədi - SİYAHI

11 Yanvar 2024 22:40 Problem 1 070
Azərbaycan millisinin futbolçularına pasport verilmədi - SİYAHI

"Turan Tovuz"un müdafiəçisi Eltun Turabovun vətəndaşlıq probleminin həll olunduğunu xəbər vermişdik.

Belə ki, pasportunun vaxtı ötən yay bitən gənclər millimizin sabiq üzvünə yenisinin verilməsi 6 ay idi gecikirdi.

Səbəb onun Gürcüstanda dünyaya gəlməsi idi.

Oxşar problemlə üz-üzə qalan isə tək Eltun deyildi.

Ötən ilin noyabr ayında Avropa Çempionatının Lüksemburqda keçirilən seçmə mərhələsində iştirak edən U-19 millimiz eyni problem üzündən 3 futbolçunun xidmətindən istifadə edə bilməmişdi.

Söhbət Nihat Mehrəliyev, Raul Hacıyev və Əsəd Əsədlidən gedir.

Baş məşqçi Aqil Nəbiyevin israrla heyətdə görmək istədiyi futbolçulara heç bir səbəb göstərilmədən pasport verilməmişdir.

Maraqlıdır, Eltunla bərabər həmin oyunçuların da sənəd problemi yoluna qoyulubmu?

Kiçik araşdırmadan sonra aydın oldu ki, adıçəkilən futbolçulara hələ də Azərbaycan pasportu verilməyib.

Bildirilib ki, bunun üçün mütləq U-21 və əsas milli komandaya dəvət almaq lazımdır.

Qısası, U-19 millisinin baş məşqçi və futbolçu heyəti hələ də gözləmə mövqeyindədir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı