Milyoner kimi yaşayan, anasının gözü önündə "patı" çəkən futbolçu qız - O anlar BU VİDEODA

27 Dekabr 2023 11:20 Problem 1 356
Milyoner kimi yaşayan, anasının gözü önündə "patı" çəkən futbolçu qız - O anlar BU VİDEODA

Sumqayıtda futbolla məşğul olmuş qadın indi narkomaniyadan əziyyət çəkir.

Söhbət 9 il yaşıl meydanlarda top qovuş Enyadan gedir.

Tanınmış jurnalist Nail Kərəmli onun barədə «yutub» kanalında süjet hazırlayıb.

Buradan məlum olur ki, vaxtilə Sumqayıt komandasının heyətində ölkə çempionatında çıxış etmiş bu gənc xanım artıq 8 ildir zərərli vərdişdən əziyyət çəkir.

13 yaşından narkotik tərkibli dərmanlar qəbul edən, 16 yaşında sevgilisinə qoşulub qaçan Enya çəkiliş zamanı hər kəsi təəccübləndirib.

O, anasının və yaxınlarının gözü önündə «patı» çəkib.

Nail Kəmərli həmin anları kadra alıb və səbəbkarın özüylə düşdüyü vəziyyət barədə geniş söhbət edib, daha sonra onu reablitasiya mərkəzinə yerləşdirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti