PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu indi necədir?

18 Dekabr 2023 08:20 Problem 12 374
PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu indi necədir?

Əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

Sportinfo.az xəbər verir ki, bb barədə APA-ya Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, reanimasiya şəraitində müalicələri davam edir.

"Digər 4 xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir", deyə hospitaldan bildirilib.

Fekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində "Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti