«Əliyar Ağayev ulduz xəstəliyinə tutulub».
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində FİFA referisi Əliyar Ağayevin Premyer Liqa performansından danışıb.
O, beynəlxalq dərəcəli hakimin ölkə çempionatına barmaqarası yanaşdığını bildirib.
«Neftçi» - «Turan Tovuz» matçından (3:2) söz atan ekspert adıçəkilən «fit sahibi»nin bir sıra yanlış qərarlar verdiyni söyləyib.
Abbasov qeyd edib ki, Ağayevin xətaları Tovuz təmsilçisini məğlubiyyətə sürükləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

