Bakıda səhhətində yaranan vəziyyətlə əlaqədar tibbi yardıma və dəstəyə görə təşəkkür etdi

10 Dekabr 2023 03:00 Problem 906
Bakıda səhhətində yaranan vəziyyətlə əlaqədar tibbi yardıma və dəstəyə görə təşəkkür etdi

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem Heydər Əliyev Mərkəzində keçirilən FIA Baş Assambleyasının yekun iclasında səmimi çıxışı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, FIA prezidenti Bakıda qaldığı oteldə otaqda yıxıldığını və səhhətinddə yaranmış durumla bağlı FIA-nın son toplantılarına qatıla bilmədiyini deyib.

“Səhhətimdə gözlənilməz halla bağlı Bakıda mənə göstərilən təcili tibbi dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və federsiyasının prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm.

Komandanın dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.

FIA prezidenti yerləşdirildiyi xəstəxanadan artıq ötən gün gecə buraxılıb və bu gün səhərdən FIA Baş Assambleyasının iclaslarında iştirak edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti