“Xarı Bülbül”ün baş məşqçisi Ziya Rəcəbov ötən gün daxili qanaxma ilə xəstəxanaya çatdırılan voleybolçusu Tural Həsənlinin vəziyyətindən danışıb.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya açıqlama verən çalışdırıcı Azərbaycan yığmasının üzvünün hazırda reanimasiyada olduğunu bildirib:
“Gecə saat 4-də əməliyyat bitdi. Əsas məsələ qanaxmanı dayandırmaq idi. Çox çətin oldu, amma həkimlər bunu bacardılar. Hazırda reanimasiyadadır. Nəzarətdə saxlanılır”.
33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

