COP29

Tanınmış hüquqşünas SENSASİON AÇIQLAMA verdi, AFFA və PFL-nin qanunsuz əməli üzə çıxdı!

4 Dekabr 2023 19:40 Problem 1 198
Tanınmış hüquqşünas SENSASİON AÇIQLAMA verdi, AFFA və PFL-nin qanunsuz əməli üzə çıxdı!

Xəbər verdiyimiz kimi, "Araz-Naxçıvan"da forma geyinən Tural Bayramlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır.

Buna səbəb AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin onun şikayətinə mənfi reaksiya göstərməsidir.

Belə ki, komitə 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu "Səbail"dən kompensasiya tələbi və "dənizçilər"ə idman sanksiyası tətbiqi ilə bağlı iddiasını təmin etməyib.

"Səbail" yayda Tural Bayramlı ilə yollarını ayırıb. Oyunçu klubun müqavilə şərtlərinə uyğun olmadan onunla yolları ayırdığını əsas gətirərək şikayət edib.

O, Bayıl təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği - 70 min manatı istəyir.

AFFA-nın problemli məsələyə birtərəfli yanaşması Bayramlını CAS-ya getmək məcburiyyətində buraxıb.

Onun hüquqlarını qoruyan ”Hasanli Sport Law Center” şirkətinin rəhbəri Elcan Həsənli Sportinfo.az-a açıqlama verib.

Hüquqşunas müdafiəçisi olduğu futbolçunun “Səbail”lə davam edən məhkəmənin yekun qərarı və bundan sonra atılacaq addımlar barədə danışıb.

O deyib ki, məsələnin öz həllini tapmayacağı halda, yeganə çıxış yolları İsveçrədə CAS məhkəməsinə müraciət etməkdir:

“Bildiyiniz kimi, Tural Bayramlı ilə "Səbail" arasında davam edən bir mübahisə var. Hazırda həmin mübahisəyə AFFA-nın Appelyasiya Arbitaj Tribunalında baxılır.

Predmet ondan ibarətdir ki, cari ilin 24 iyul tarixində "Səbail" tərəfindən futbolçuya bildiriş təqdim edilərək, birtərəfli qaydada müqaviləyə xitam verilməsi barədə məlumat verilib.

Bunun qanunsuz olması səbəbiylə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinə müraciət etdik. Komitə tərəfindən qərar verildi ki, klub haqlı olaraq müqaviləyə birtərəfli xitam verib.

Xüsusi olaraq vurğulamaq istərdim. Müqavilədə belə bir bənd var idi ki, klub istənilən vaxt müqaviləni ləğv edə bilər. Ən təəccüblüsü isə qərara buna istinad edərək haqq qazandırmağa çalışırlar.

Amma biz əvvəldən də bildirmişik ki, belə bir bənd FİFA-nın qaydalarına ziddir.

Bu, əsassız olaraq müqaviləyə əlavə edilib və qanunsuz olaraq Peşəkar Futbol Liqası (PFL) tərəfindən təsdiq edilib. Yekunda isə komitə bizim iddiamızı qəbul etmədi.

Qərarın sonrakı günü apellyasiya şikayəti verdik. Hazırda iş Apellyasiya Arbitaj Tribunalındadır. Bu ilin 24 noyabr tarixində komitədə iclas keçirildi.

İclasda klub tərəfindən heç kim iştirak etmədi. Üzərindən uzun müddət keçməsinə baxmayaraq, növbəti iclas hələ də təyin edilməyib.

Proses təxirə salınıb ki, "Səbail" tərəfindən də iclasda iştirak edən olsun. Klub isə bu günə qədər heç bir reaksiya ilə yadda qalmayıb.

Mövqeləri hələ də bizə məlum deyil. Problemin bu qədər uzanması mənə qəribə gəlir. Mahiyyət etibarı ilə asanlıqla həll edilməlidir, çünki qayda-qanun var”.

Elcan Həsənli bildirib ki, ümumiyyətlə, qərarın qüvvədə saxlanılması Azərbaycan futbolunda böyük fəsadlara gətirib çıxara bilər:

“Deməli, istənilən klub müqaviləyə həmin bəndi salıb, istədiyi anda da kompensasiya ödəmədən müqaviləyə xitam verə bilər.

Bu, Azərbaycan futbol siferasını yerindən oynadacaq qərardır. İdman hüquqşünası olaraq ümid edirik ki, qərar apellyasiya tərəfindən ləğv olunacaq.

Buna çox inanırıq, çünki komitənin bütün üzvləri dəyişilib. Yenilərin ədalətinə güvənirəm.

Oyunçuları Transfer Komitəsinin üzvlərindən fərqli olaraq, bu komitənin kimlərləsə dostluq əlaqələri yoxdur. Ən azından prosesin təxirə salınması da bu yolda atılmış addım kimi düşünülə bilər.

Yox, əgər burada da şikayətimiz təmin olunmasa, yeganə çıxış yolumuz var: İsveçrədə yerləşən İdman Arbitaj Məhkəməsinə müracət etmək.

Oyunçunun pozulan hüquqlarının qorunmasının yeganə ünvanı oradır. Tural Bayramlı tək özü üçün yox, bütün azərbaycanlı futbolçular üçün mübarizə aparır.

Bu problem artıq futbolçu-klub mübarizəsindən çıxıb. Sona qədər mübarizə aparacağıq ki, ədalət bərpa edilsin.

İnanırıq ki, bu yolda Tural Bayramlı da adını bir futbolçu olaraq Azərbaycan idman hüququ tarixinə öz mübarizəsi ilə yazdıracaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"