Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

7 Noyabr 2023 01:20 Problem 825
Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

Qazaxıstan "Turan" ı Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.

Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra "Turan"ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib.

O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.

Hazırda "Neftçi"də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər "Turan"ın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti