Görün, Azərbaycan klubu yaşamaq üçün hansı yola əl atdı!

6 Noyabr 2023 19:40 Problem 1 342
Görün, Azərbaycan klubu yaşamaq üçün hansı yola əl atdı!

“Sheki City”nin təsisçisi Elgun Hüseynov klubun yaşaması, böyüməsi yolunda öz fədəkarlığını davam etdirir.

İkinci liqa təmsilçisinin rəsmisi bu dəfə daha fərqli yola əl atıb.

Belə ki, Elgun bəy "100 nəfər Şəkili axtarırıq" adlı ianə kampaniyasına start verib.

Şərtlər isə çox sadədir.

Belə ki, kompaniyaya qoşulmaq istəyən şəxslərdən hər ay klubun hesabına 100 manat pul köçürməsi tələb olunur.

Klubun tarixində yer alacaq və klubun fəxri üzvü olacaq bu şəxslər hər ay hesabatla təmin olunacaqlar.

Artıq qısa müddətdə 15 şəkili könüllü olaraq layihədə iştirak qərarı verib.

Onların arasında hətta təyin olunan şərti məbləğdən artıq ödəniş edənlər belə var.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti