“Bunu İrəvanın nümayişkaranə anti-Rusiya jesti olaraq qiymətləndiririk”

2 Noyabr 2023 21:50 Problem 796
“Bunu İrəvanın nümayişkaranə anti-Rusiya jesti olaraq qiymətləndiririk”

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukraynanın prezident ofisinin rəhbəri Andrey Yermak arasında Maltada keçirilən görüşü İrəvanın nümayişkaranə anti-Rusiya jesti olaraq qiymətləndiririk”.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Zaxarova, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sentyabrın əvvəlində Kiyevə səfərini, Ermənistan parlamentinin spikeri Alen Simonyanın Dublində Ali Radanın sədri Ruslan Stefançukla, eləcə də Nikol Paşinyanın Qranadada Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslarını xatırladıb.

Qeyd edək ki, oktyabrın sonu Qriqoryan Yermakla Maltada Ermənistan-Ukrayna münasibətlərini müzakirə edib. Görüş “Malta: Sülh formulu” tədbiri çərçivəsində baş tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti