Bu həftə Premyer Liqamızda dörd nəfər kənarda qalacaq

28 Oktyabr 2023 14:00 Problem 868
Bu həftə Premyer Liqamızda dörd nəfər kənarda qalacaq

Ölkə futbolsevərləri həftəsonu Premyer Liqanın 11-ci turunun oyunlarına tamaşa edəcək.

Lakin meydana çıxmaq heç də bütün futbolçulara nəsib olmayacaq.

Üç futbolçu və bir baş məşqçi turun qarşılaşmalarının kənardan izləyəcək.

Bunlar ötən tur “Qəbələ” – “Araz-Naxçıvan” görüşündə qırmızı vərəqə alan İlkin Qırtımovla Osama Xalayla, eləcə də, “Turan Tovuz”la oyunda sarı vərəqə limitini dolduran "Qarabağ"lı Julio Romaodur.

“Sabah”ın baş məşqçisi Murad Musayev növbəti dəfə cəzalanıb. Rusiyalı çalışdırıcı son matçda texniki zonadan qovulduğuna görə bu dəfə tribunada yer alacaq.

Oktyabrın 28-də “Zirə” – “Səbail”, “Turan Tovuz” – “Kəpəz”, bir gün sonra “Sumqayıt” – “Qəbələ”, “Neftçi” – “Sabah”, oktyabrın 30-da “Araz-Naxçıvan” – “Qarabağ” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti