Çempion "Sportinfo TV"yə şikayət etdi, üzləşdiyi haqsızlıqdan danışdı - VİDEO

24 Oktyabr 2023 14:40 Problem 798
Çempion "Sportinfo TV"yə şikayət etdi, üzləşdiyi haqsızlıqdan danışdı - VİDEO

“Kürdəmir Peşə Liseyinin rəhbərliyi mənim uzun illər müəllim kimi fəaliyyətimi heçə saydı.

İllər ərzində idman sahəsində, yeni gənc idmançıların yetişməsindəki fəaliyyətimi urvatsız etdi”.

Bu fikirlər Kürdəmir peşə liseyinin sabiq müəllimi, tanınmış güləşçi Əlisahib Əliabbasova aiddir.

Dünya çempionatlarının 7 qat mükafatçısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi “Sportinfo TV”yə müraciət edib.

O, peşə liseyi rəhbərliyinin laqyed münasibətindən danışıb. Qeyd edib ki, liseyə bu ilin yanvarında direktor təyin edilən Nurlan Abdullayev bir çox sahələr kimi, idmana da “dırnaqarası” yanaşır.

Müsahib bir sıra tanınmış idmançıların ilk addımlarını atdığı liseydə ona qarşı haqsızlıqlar olduğunu iddia eləyib.

Deyib ki, illərdir liseydə öz vəsaiti və zəhməti hesabına qurduğu idman infrastrukturu sayəsində şagirdlərin fiziki sağlamlığına böyük şərait yaradıb.

Halbuki bütün bunlar lisey rəhbərliyinin görməli olduğu işlərdir.

Daha geniş şəkildə Əlisahib Əliabbasovun videomüraciətində tanış ola bilərsiniz.

Qarşı tərəfin də mövqeyini yaymağa hazırıq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti