Mahir Emreli Zaqrebdə problem yaşadı, baş məşqçi dedi ki...

20 Oktyabr 2023 23:20 Problem 776
Mahir Emreli Zaqrebdə problem yaşadı, baş məşqçi dedi ki...

“Dinamo”da çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Sportinfo.az xəbər verir ki, bunu Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç açıqlayıb.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Ancaq o, vəziyyətin ciddi olmadığını söyləyib:

“Bu, əsasən fiziki yorğunluqla əlaqədardır. Fikrimcə, Emrelinin durumu yaxşı olacaq”.

“Dinamo” Xorvatiya çempionatının XII turunda oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti