“Ermənistan günahı başqasının üzərinə atmamalıdır”

16 Sentyabr 2023 16:30 Problem 579
“Ermənistan günahı başqasının üzərinə atmamalıdır”

“Ermənistan rəhbərliyi öz əməllərinə görə məsuliyyət daşımağı bacarmalı və günahı başqasının üzərinə atmamalıdır”.

Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya barədə son açıqlamalarını şərh edərkən deyib.

“Siyasətçini, dövlət xadimini ölkənin maraqları barədə düşünməyən adi şəxsdən fərqləndirən cəhət budur”, - deyə Zaxarova əlavə edib.

Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılı olmağı səhv adlandırıb. Onun sözlərinə görə, Ermənistan strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!