Fransalı tennisçi Angelika Qauki keçmiş məşqçisi tərəfindən dəfələrlə təcavüzə məruz qalıb.
Sportinfo.az xəbər verir ki, bunu 36 yaşlı raketka ustasının özü açıqlayıb.
O iddia edib ki, məşqçisi Endryu Queddes iki il ərzində ən azı onu 400 dəfə zorlayıb.
Qauiki ifadəsində bildirib ki, bəzən gündə 3 dəfə məşqçisinin cinsi istismarına məruz qalıb. O, bu hərəkətə etiraz etdikdə isə kobud davranışla rastlaşdığını bildirib:
“İlk gün mənə axşam “otağıma gəl” desə də, getmədim. Ancaq özü yataq otağıma gəldi.
Ona "mənə toxunma", "bunu istəmirəm" dediyim zaman “narahat olma, bu tip vəziyyət məşqçilər ilə idmançılar arasında hər zaman baş verir”, deyirdi”.
Bir neçə dəfə intihara cəhd edən keçmiş tennisçinin iddiaları hökumət tərəfindən də nəzarətə götürülərək araşdırılır.


