«Bakının özündə və demək olar əksər rayonlarda futbol infrastrukturu bərbad vəziyyətdədir».
Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində ölkə futbolunun problemlərindən danışan müsahib AFFA-nın stadion və meydançaların qorunub saxlanmasına barmaqarası yanaşdığını bildirib.
O, federasiyanın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun Elxan Məmmədovun regionlara səfəri zamanı bir çox idman qurğularına baş çəkdiyini və yalan vədlər verdjiyini söyləyib:
«Mən özüm Qusarın Şirvanovka qəsəbəsində oldum və orada danışdılar ki, Elxan Məmmədov onları necə aldadıb. Kənd camaatı öz daxili imkanları hesabına meydança düzəldib, paltardəyişmə və hakimlər otağı tikib.
Elxan Məmmədov Şirvanovkada deyib ki, AFFA buranı təmir edəcək, tikinti aparacaq. Ancaq üstündən xeyli keçib, heç bir iş görməyib.
Biz deyirik ki, hər şey uşaq futbolundan, meydançaların salınmasından başlayır. AFFA heç olanları qorumur.
«Bakı»nın Biləcəri qəsəbəsində yerləşən o cür bazası artıq yoxdur. Nə qədər rayon var ki, orada stadionu söküb hissə-hissə satıblar».

