Sportinfo.az xəbər verir ki, UEFA Avropa çempionatının sabah baş tutacaq Türkiyə-Ermənistan oyununda Azərbaycan bayraqlarının keçirilməsi qadağan olunub.
Türkiyə Futbol Federasiyasının qərarında sentyabrın 8-də "Eskişehir Atatürk Stadionu"nda baş tutacaq oyuna Azərbaycan bayraqları buraxılmayacaq.
Bu barədə polis orqanlarına tapşırıqlar verilib. Qardaş ölkə əhalisini qərardan hiddətlənib və kampaniya başladıb.
Bayrağın sözügedən oyunda qaldırılacağını açıqlayıblar.
Azərbaycan bayrağının rənglərini özündə əks etdirən afişalar və posterlərin də tribunalarda göstərilməsinə icazə verilməyəcək.
Bundan əvvəl də 2009-cu ildə də Bursa şəhərində Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağının qadağan edilməsi böyük səs-küyə səsəb olmuşdu.
Türkiyə - Ermənistan matçı sabah Bakı vaxtilə saat 22:45-də Eskişehirdə baş tutacaq.

