"Qalatasaray"da oynayan "Qarabağ"lının valideyni "OD PÜSKÜRDÜ"!

7 Sentyabr 2023 17:00 Problem 4 600
"Qalatasaray"da oynayan "Qarabağ"lının valideyni "OD PÜSKÜRDÜ"!

“Qalatasaray”ın U-15 komandasında çıxış edən azərbaycanlı futbolçu Kənan Həsənovun atası Etimad Həsənov yetirməsi olduğu “Qarabağ”dan narazılıq edib.

O, bu barədə övladının adına olan sosial şəbəkə hesabından post başlayıb.

Etimad bəyin inciməsinə səbəb övladına olan diqqətsizlik olub.

Belə ki, bu yaxınlarda “Qalatasaray”ın akademiyasını ziyarət edən “Qarabağ”ın U-15 komandasından heç kimin Kənanla maraqlanmayıb.

Soyuq münasibətdən şikayətlənən atanın yazdığı statusu olduğu kimi sizə təqdim edirik:

“Hamıya salamlar!

Ən azından mənəvi dəstək olardı.

Kənan “Qarabağ” akademiyasında yetişib, “Qalatasaray” akademiyasında oynayır. Belə bir hadisəni gördükdə, “Qarabağ”ın U15 komandasında olan uşaqların adına sevindik

. O komandada Kənanın bərabər oynadığı çox oyunçu var. Hamısına da güvənirik.

İnşallah, gələcəkdə əsas komanda və Azərbaycan millis komandasında Azərbaycan futbolunu layiqincə xidmət edərlər.

Azərbaycandan “Qalatasaray” akademiyasına gəlirsiniz, çoxmu çətin idi sizin akademiyadan yetişib “Qalatasaray” akademiyasında oynayan Kənan Həsənovu soruşub, maraqlanıb onunla görüşmək?

Hansı ki, futbol heyatı boyunca Azərbaycana dönəcəyi təqdirdə bütün haqqları “Qarabağ”a aiddir.

Bu barədə notarusdan ata və anasının imzası olan ərizəni almadan Kənanı “Qalatasaray” akademiyasının seçimlərinə buraxmadınız.

Çox təəssüf olsun.

Belə olur ki, insanları futboldan soyudursunuz”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti