Azərbaycan klubu futbolçularını necə aldadıb? - ŞOK DETALLAR

5 Sentyabr 2023 22:20 Problem 2 071
Azərbaycan klubu futbolçularını necə aldadıb? - ŞOK DETALLAR

Miniftubol komandası “Zəngəzur”la bağlı narazılıq var.

Bu barədə redaksiyamızla əlaqə saxlayan klubun sabiq futbolçuları məlumat verib.

Belə ki, komanda ötən mövsüm “Qarabağ” adı ilə Azərbaycan Minifutbol Liqasında iştirak edib.

Uğurlu sezon keçirən baş məşqçi Əjdər Əjdərovun yetirmələri çempionatı üçüncü pillədə başa vurublar.

Bununla da ölkəmizi Avropa kubokunda təmsil etmək hüququna sahib olublar.

Turnir 6-10 sentyabr tarixlərində Bolqarıstanda keçiriləcək.

Elə narazılıq da məhz bundan sonra başlayıb.

Futbolçular bildirir ki, onlara Sofiyada baş tutacaq yarışa hazırlaşmaq tapşırığı verilib.

Bolqarıstana getməyin planlarını quran futbolçular isə yarışa az qalmış şok xəbər alıblar.

Yeni rəhbərlik bürüc medal qazanan heyətin yarıdan çoxuna qapını göstərib.

Bir il alın təri axıdan, öz zəhməti bahasına avrokuboklara vəsiqə verən yerə sahib olan futbolçular yeni simalarla əvəzlənib.

Bir sözlə, nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım məsəli.

Futbolçular bildirib ki, heyətin güclənməsinə bir söz demirik.

Amma Bolqarıstana vəsiqəni təmin edən heyətin 70-80%-nə belə münasibət ədalətsizlikdi.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərin işıqlandırmağa hazırıq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti