Paşinyanla bağlı ŞOK AÇIQLAMA: “Ermənistanı “al-sat” ölkəsinə çevirəcək”

5 Sentyabr 2023 18:50 Problem 800
Paşinyanla bağlı ŞOK AÇIQLAMA: “Ermənistanı “al-sat” ölkəsinə çevirəcək”

“Ermənistanın baş naziri Rusiyaya qarşı getdikcə daha riyakar bəyanatlar verir”.

Bu sözlər Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən “Qovorit Moskva” radiostansiyasına müsahibəsində səslənib.

“Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan artıq qeyri-dost davranışlarını sərgiləməkdən çəkinmir.

O, müxalifətin kifayət qədər güclü olmadığına inanır. Əgər Paşinyan uğur qazansa, Ermənistanı “al-sat”ın əsas məna daşıdığı, yalnız şəxsi maraqların hökm sürdüyü Yaxın Şərq ölkəsinə çevirəcək”, - deyə Zatulin bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti