“Tərəflər razılaşmaları icra etməlidirlər”.
Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinq zamanı “Rusiya tərəfi Xankəndiyə rəsmi Bakı ilə danışıqlar aparmağı təklif edir.
Görüş Azərbaycan ərazisində keçirilərsə, Rusiya erməni nümayəndələrin təhlükəsizliyinə təminat verirmi?” sualına cavab verərkən deyib.
“Razılaşmaların icra edilməsi ilə məşğul olmaq lazımdır, bu elə təminatdır. Əgər nə isə barədə razılaşma olubsa, üstəlik yüksək səviyyədə imzalar atılıbsa, üçüncü, beşinci, onuncu tərəfləri cəlb edərək yeni konstruksiyalar düşünmək əvəzinə bunları icra etmək lazımdır”, - deyə Zaxarova vurğulayıb.

