"Feysbuk"da Azərbaycan bayrağı nişanının Ermənistanınkı ilə əvəzlənməsi barədə AÇIQLAMA

29 Avqust 2023 07:10 Problem 589
"Feysbuk"da Azərbaycan bayrağı nişanının Ermənistanınkı ilə əvəzlənməsi barədə AÇIQLAMA

Sosial şəbəkələrdə feysbuk paylaşımlarının tərcüməsi zamanı Azərbaycan bayrağını əks etdirən nişanın Ermənistan bayrağı ilə əvəz edilməsi barədə məlumat paylaşılıb.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə bildirib ki, feysbuk sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə ETX sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət ünvanlayıb:

“Elektron Təhlükəsizlik Xidməti tərəfindən edilmiş müraciət nəticəsində yaranmış neqativ hal aradan qaldırılıb”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti