Musa “Yurqorden”də “fırtına” qopardı, dubl etdi, het-trikin “qapısından döndü” - VİDEO

27 Avqust 2023 23:40 Problem 1 837
Musa “Yurqorden”də “fırtına” qopardı, dubl etdi, het-trikin “qapısından döndü” - VİDEO

Azərbaycan millisinin hücumçusu ü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 21-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Deqefors"u qəbul edib.

Görüş "Yurqorden"in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Musa meydana start heyətində daxil olub və 89-cu dəqiqədə Teo Berqvali ilə əvəzlənib.

Musa görüşdə dubl edib və 1 qolun ötürməsini verib. O, het-trik etməyə yaxın olsa da, 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Qurbanlı 4 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub. Yığmamızın 21 yaşlı hücumçusu həm də sözügedən qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub.

"Yurqorden" hazırda 37 xalla 4-cü, "Deqefors" 20 xalla 14-cüdür.

"Yurqorden" - "Deqefors" 4:1

Qollar: Qustav Medonsa Uikhem, 2 (Qol ötürməsi: Musa Qurbanlı), Yozef-Klaud Qyau, 20 (1:1), Musa Qurbanlı, 23 (2:1), 34 (3:1), Markus Danielson, 64

Qeyri-dəqiq penalti zərbəsi: Musa Qurbanlı, 58 ("Yurqorden")

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti