
“O, “Kəpəz”ə uğur qazandıra bilməyəcək“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında futbol fanatı Natiq Əsədov deyib.
56 yaşlı azarkeş uzun illər dostluq etdiyi Tərlan Əhmədovu Gəncə klubunda gözləyən təhlükə barədə fikirlərini bölüşüb:
“Sonuncu oyunda azarkeşlər ona lazım olan sözü deyib. Baxarsız, “Turan Tovuz”la Gəncədəki kubok oyunu ən yaxşı halda 0:0 bitəcək.
Növbəti görüşlərdə “Sabah”la “Zirə”yə uduzacaq, vəssalam. Bununla da Gəncəni “istefa” şüarları bürüyəcək. “Kəpəz” eksperiment meydanı deyil“.