Millinin sabiq hücumçusu hava qalıb - Nə anası ona yaxın durur, nə də… VİDEO+FOTO

11 Aprel 13:00 Problem 4 814
Millinin sabiq hücumçusu hava qalıb - Nə anası ona yaxın durur, nə də… VİDEO+FOTO

Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyev bugünlərdə ictimaiyyətdən yardım istəyib.

Öz «feysbuk» hesabında paylaşım edən 53 yaşlı keçmiş futbolçunun müraciəti cavabsız qalmayıb.

Ayrı-ayrı fərdlər ona maddi köməklik edib. Həmin şəxslər bu barədə redaksiyamıza da məlumat veriblər.

Vasilyev xeyli müddətdir xəstəlikdən əziyyət çəkir. O, bu il fevral ayında insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

V.Vasilyevdən toplanan anamnez, həmçinin aparılan instrumental, laborator müayinələr nəticəsində ona kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulub.

Azərbaycanın tanınmış futbolçusu ictimaiyyətdən yardım istədi

İnsult keçirdiyi üçün bədəninin bir tərəfi işləməyib və AFFA-nın ayırdığı vəsaitlə xəstəxanada müalicə keçib. İndi isə onun problemlərinin üstünə biri də gəlib - ev.

Keçmiş xanımı mənzili oğlunun adına keçirib. Anası isə sağlıq durumunun ağırlığını və ona qulluq etmək imkanının olmamasını əsas gətirərək, Vadimlə bir yerdə yaşamaq istəməyib.

AFFA? Federasiya artıq kənara çəkilib. Çünki yığmanın eks forvardı xəstəxanaya yerləşdirildiyi müddətdə həkimləri dəfələrlə çətin vəziyyətə salıb.

Tibb işçilərinin verdiyi məsləhətlərə qulaq asmayıb, dərman preparatlarını vaxtlı-vaxtında qəbul etməyib, başqa sözlə, müalicə prosesindən düzgün yararlanmayıb.

V.Vasilyev Azərbaycan millisinin heyətində 33 oyun keçirib və 2 qol vurub. O, Vadim Vasilyev karyerası ərzində (1993-2007-ci illərdə) “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.

Ukraynada legioner həyatı da yaşayıb, “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya”da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU