AFFA Premyer Liqa klublarını öz adamlarını yerləşdirir – ŞƏRT BUDUR

8 Avqust 2022 20:20 Problem 1 723
AFFA Premyer Liqa klublarını öz adamlarını yerləşdirir – ŞƏRT BUDUR

AFFA Premyer Liqada çıxış edən klublar qarşısında daha bir tələb irəli sürüb.

Tələbə əsasən, mövcud olan və yeni yaradılan Müşahidə Şuralarında federasiyanın nümayəndəsi yer almalıdır.

Özü də qurumun təmsilçisi klubda görülən işlər barədə daim məlumatlandırılmalıdır. Xüsusən də Premyer Liqanın yeni yitul sponsoru tərəfindən ayrılan maliyyə vəsaitinin xərclənməsi ilə bağlı.

Elita təmsilçilərindən yalnız «Qarabağ» r Müşahidə Şurasının yaradılması ilə bağlı AFFA-nın növbəti təklifini geri çevirib.

Ağdam təmsilçisi idarəetmə formasını dəyişmək niyyətində olmadığını federasiyanın diqqətinə çatdırıb. «Köhlən atlar» bu modelin onlara uğur gətirməyəcəyinə əminlik ifadə edib.

Amma tezliklə Premyer Liqanın daha bir klubunda Müşahidə Şurası yaradılacaq. Bu dəfə sıra “Qəbələ”yə çatıb.

Bununla bağlı əyalət klubunda bununla bağlı müzakirələr aparılır, struktur dəyişikliyinə hazırlıq görülür.

Bu istiqamətdə son addımı “Zirə” atıb. İdarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

İclasda bir sıra mühüm məsələlər müzakirə olunub və Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib. "Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti