Məşhur klub azərbaycanlı məşqçi üçün səfirliyə müraciət etdi - 27 min manatlıq bilet

27 İyun 2022 20:00 Problem 1 977
Məşhur klub azərbaycanlı məşqçi üçün səfirliyə müraciət etdi - 27 min manatlıq bilet

“Çinə viza verilməyən ölkələrin siyahısında Azərbaycan da var.

Bu səbəbdən səfərim bu qədər uzandı və hələ də vətəndəyəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında apreldə “Ayntraxt”dan (Frankfurt) aldığı təklifi müsbət dəyərləndirən Etibar İbrahimov deyib.

Xatırlayırsınızsa, gəncəli mütəxəssisə təxminən 3 ay əvvəl Çində işləməklə bağlı dəvət gəlmişdi.

“Ayntraxt”ın qıyıqgözlərin vətənində fəaliyyət göstərdiyi akademiyada həmyerlimizə iş təklif olunmuş, İbrahimov buna isti yanaşmışdı.

45 yaşlı mütəxəssis Azərbaycandan Çinə uçmaq üçün saysız problemlərlə üzləşib. Hətta iş o yerə çatıb ki, vizanın verilməsi üçün söhbətə “Ayntraxt” qarışıb:

“Pro kateqoriyam, təhsilim və məhbusluğum olmaması ilə bağlı sənədlər təsdiq olunub səfirliyə təqdim olunmalıydı. Bu da müəyyən zaman tələb edir.

Vizaya sahib ola bilməyim üçün Çinin Xarici İşlər Nazirliyi işə qoşuldu. Tələb olunan sənədi Bakıya yolladılar. Bu da “Ayntraxt”ın nazirliyə müraciətindən sonra baş verdi.

Artıq məsələ öz həllini tapıb. Allahın izni ilə iyulun 1-də vizanı götürməliyəm”.

İbrahimovun başına gələnlər bununla bitsəydi nə vardı? Viza problemi həllini tapıb, indi də ortaya başqa bir əmma çıxıb:

“Bilet problemi yaranıb, görək necə həll edirik. İlk planda Çinə Almaniyadan uşmağım nəzərdə tutulmuşdu.

Çünki Almaniyadan ora xüsusi reys var. Çin səfirliyində bildirdilər ki, Almaniyadan Çinə yalnız yerli və Almaniyada yaşamaq icazəsi olan vətəndaşlar uça bilər.

Belədə mənim Çinə uçmağım yalnız İstanbuldan mümkündür. Bu variantda isə qiymət bahalığı çətinlik yaradır. Türkiyədən Çinə bir nəfərlik biletin qiyməti 27 min manatdır.

Üstəlik, bilet tapmaq olmur. İyulun 18-20-si aralığı üçün bilet olmalıdır. Çox güman, həmin tarixdə uçacağam”.

Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində, eləcə də Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi kimi fəaliyyət göstərmiş Etibar İbrahimova “Ayntraxt”ın Çindəki akademiyasında U-14 və U-18 komandalarını çalışdırmaq təklif olunub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti