BİLİNDİ: AFFA bir həftəyə bu işi bitirir, klub öz evinə qayıdır

25 İyun 2022 14:40 Problem 1 753
BİLİNDİ: AFFA bir həftəyə bu işi bitirir, klub öz evinə qayıdır

Tovuz şəhər stadionunda aparılan yenidənqurma işlərinin başa çatacağı tarix məlum olub.

Ot örtüyünün dəyişdirilməsi ilə bağlı mayda başlanılan işlərə iyulun 1-də yekun vurulacaq.

Yenisi ilə əvəzlənən süni qazon 3-cü kateqoriyaya aiddir və istifadə müddəti 5 ildir.

Meydançanın düzəldilməsi AFFA-nın köməyi sayəsində mümkün olub. Federasiya bu işi öz şirkətinə gördürüb, xərc də, qazanc da özlərinə qalıb. Başqa stadionlarda elədiyi kimi.

«Turan Tovuz» stadionda həyata keçirilən tədbirlə bağlı doğma rayondan uzaq düşüb. Premyer Liqaya qayıdan klub seleksiya xarakterli ilk toplanışı Bakıda keçməli olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu