Qəhrəman Əliyevin sağlıq durumu indi necədir?

16 Yanvar 2022 18:00 Problem 748
Qəhrəman Əliyevin sağlıq durumu indi necədir?

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyevin durumu qeyri-kafidir.

Bu barədə Sportinfo.az-a tanınmış məşqçinin yaxınbları məlumat verib.

Onların sözlərinə görə, yoluxma nəticəsində beyin insult keçirmiş mütəxəssis növbəti dəfə həkim müayinəsindən keçirilib.

Nəticələr ev şəraitində müalicəsi davam etdirlən Əliyevin səhhətində irəliləyişin olmadığını göstərib. Yəni ki, sağlıq durumu 6 ay əvvəl neçə idisə, indi də elədir.

Bununla belə, xəstənin bədəninin müxtəlif nahiyələrində yaranmış yaraların sağalması sevindirici məqam kimi qeyd edilib. Tibbi personal müalicənin davamiyyətinin vacib olduğunu bildrib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu