“Legioner gətirirsənsə, aldanmamaq üçün onu…“

15 Yanvar 2022 13:00 Problem 852
“Legioner gətirirsənsə, aldanmamaq üçün onu…“

“Qışda transfer etmək çətindir“.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Neftçi“ və “Xəzər Lənkəran“ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadov dilə gətirib.

Hazırda AFFA Məşqçilər Komitəsində təmsil olunan təcrübəli mütəxəssis həm yerli, həm də əcnəbi transferində diqqət yetirilməsi vacib olan məqamlara toxunub:

“Əvvəla futbolçuların müqavilələri davam edir. İkincisi isə gətirdiyin futbolçu dərhal oynamağa hazır olmalıdır.

Çünki qışda hazırlaşmağa vaxt yoxdur. Yerli futbolçunun icarə əsasında başqa kluba keçməsində maliyyə əsas rol oynayır.

Amma əcnəbini gətirirsənsə, aldanmamaq üçün onu tanımalısan. Həmin legioneri ən azı altı ay öncədən izləməli və sənə xeyir verəcəyinə əmin olmalısan.

Daha yoxlamaq məqsədilə qışda icarəyə götürmək yanlış strategiyadır”.

Digər Xəbərlər
Xəbər Lenti